Fevralın 9-da Gürcüstanın “İmedi” telekanalının saat 20:00-da yayımlanan “Kronikon” xəbərlər proqramında süjetlərdən birində istifadə olunan fotoda problemli, qəbuledilməz yazılar yer alıb. Ermənistanın Gürcüstandakı səfirliyi dərhal Gürcüstan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və məsələyə aydınlıq gətirilməsini istəyib.
Qeyd olunur ki, fevralın 10-da “İmedi” teleşirkəti baş vermiş hadisəyə görə rəsmən üzr istəyib.
“İmedi TV texniki xətaya görə üzr istəyir. “Xronika”nın 20:00 proqramında xəta baş verib. Xüsusən də, “Gürcü qatığı qatığa qarşı” filminin süjetinin nümayişi zamanı istifadə edilən fotonun başlığı orijinala uyğun olmayıb” – deyə teleşirkətin rəsmi saytında deyilir.
İmedi TV səhvə görə peşman olduğunu bildirib və üzr istəyib. Bildirilir ki, süjetin həmin hissəsi holdinqin bütün sosial platformalarından silinəcək.