Ermənistan hökuməti ikinci Qarabağ müharibəsindəki insan itkilərinin sayını açıqlayıb.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, qeyd edib ki, Ermənistan ikinci Qarabağ müharibəsi zamanı 3 812 nəfər itki verib, onlardan 3736 nəfər hərbçi, 76 isə mülki şəxsdir. Daha 217 nəfər itkin düşmüş hesab olunur, onlardan 196 nəfər hərbçi, 21 isə mülkidir.