Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan Ermənistan Respublikasının cənub istiqamətində yerləşən bir sıra hərbi hissələrdə olub, aparılan təmir və tikinti işləri ilə tanış olub.
Müdafiə naziri hərbi hissələrin komandanlığı ilə keçirilən görüşlərdə xidmət üçün lazımi məişət şəraitinin vacibliyini xüsusilə vurğulayıb.
Suren Papikyan möhkəmləndirmə işləri, məişət şəraiti, döyüş növbətçiliyində olan şəxsi heyətin mənəvi-psixoloji durumu ilə tanış olub.
Müdafiə naziri hərbi hissələrin komandirlərinə tapşırıqlar verib.