“Vyanadakı görüşdə Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması, həmçinin sərhədlərin açılması məsələlərinin müzakirəsini gözləyirik”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan söyləyib.
“Rəsmi Ankaradan bununla bağlı gələn siqnallar və mesajların mübət konteksti var və gözləntilərimiz də elədir”,-deyə nazir qeyd etdi.
Mirzoyan ER Baş nazirinin Antalyada keçiriləcək forumda iştirak edib etməməsinə dair bildirib ki, Baş nazirin forumda iştirakı müzakirə olunmadı və olunmur.
Onun sözlərinə görə, forumda iştirak məsələsi daha çox Yerevan və Ankaranın xüsusi nümayəndələrinin Vyanada apardıqları danışıqların nəticəsindən asılıdır.