ER Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatını şərh edib.
“44 günlük müharibə başa çatdıqdan sonra biz Dağlıq Qarabağ münaqişəsi zonasında YUNESKO-nun baş katibi Odri Azulenin təklif etdiyi faktaraşdırıcı missiyanın həyata keçirilməsini prioritet və təcili hesab edirik. Ermənistan bu missiyanın mümkün qədər tez həyata keçirilməsini dəstəkləyir: Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasına və onun iki protokoluna uyğun olaraq.
Müharibə nəticəsində Azərbaycanın nəzarəti altına keçən ərazilərdə erməni mədəni və dini irsini qaçılmaz məhv olmaq təhlükəsindən qorumaq üçün təcili olaraq YUNESKO-nun faktaraşdırıcı missiyasına ehtiyac yaranıb.
Erməni abidələrinə qarşı vandalizm halları, o cümlədən Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən erməni tarixi-mədəni irsinin kimliyini təhrif etmək üçün işçi qrupunun yaradıldığını elan etməsi belə bir təhlükənin real olduğunu sübut edir.
Biz Yerevan və Bakıya YUNESKO nümayəndə heyətinin səfər təklifi yalnız YUNESKO-nun Baş Katibinin təklif etdiyi yuxarıda qeyd olunan missiya çərçivəsində nəzərdən keçiril” – deyə ER XİN sözçüsü şərhində deyilir.