ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbignev Raun bu həftə prezident Vladimir Zelenski, xarici işlər naziri Dmitri Kuleba və digər rəsmi şəxslərlə görüşmək üçün Ukraynaya səfər edəcək.
ATƏT-in fəaliyyətdə olan sədri fevralın 15-də Moskvada olacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş planlaşdırılır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, tərəflər bir sıra qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Ukraynanın şərqində, Dağlıq Qarabağda və Dnestryanı bölgədə vəziyyətin nizamlanmasında ATƏT-in rolunu müzakirə edəcəklər.