Azərbaycanın baş prokuroru "Tərtər işi"nin fiqurantlarından biri Elçin Quliyevin işi üzrə qərarı ləğv edib. Bu barədə Azərbaycan KİV-i məlumat yayıb.
Bu hərbi qulluqçu istintaq zamanı həlak olub və prokurorluq onun barəsində işi dayandırıb, amma bəraətedici əsaslarla yox. İndi təkrar istintaq zamanı Quliyevin barəsində yeni qərar qəbul ediləcək.
Quliyevin anası Validə Əhmədova fevralın 7-də Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilib və oğlunun işi üzrə əvvəlki qərarın ləğv edilməsi barədə qərarı ona veriblər.
Quliyev 2017-ci ilin mayında həbs olunub və ölüncəyədək incidilib. 2017-ci ilin dekabrında onun işi bağlanıb. Hərbçinin anası bununla razılaşmayıb və prokurorluğu məhkəməyə verib, amma əbəsb yerə. Hazırda onun şikayət Avropa məhkəməsindədir.
Fevralın 9-da Baş Prokurorluq "Tərtər işi" üzrə həbs edilmiş hərbçilərə qarşı işgəncələrdə təqsirli bilinən dörd nəfərin həbs olunduğunu bildirib.
Bu hay-küylü iş üzrə yeni istintaq ötən ilin dekabrında Ermənistanın xeyrinə uydurma casusluqla bağlı istintaq zamanı incidilmiş şəxslərin qohumlarının çoxsaylı etirazları və tələblərindən sonra başlayıb.
Ötən müddətdə 163 yeni zərərçəkmiş müəyyən edilib, cəmi 281 nəfərdir. Onların hamısı işgəncələrdən və digər hüquqazidd hərəkətlərdən əziyyət çəkiblər.
Onlar diqqətlə dindirilib, onların məhkəmə-tibbi ekspertizası keçirilib, bu barədə fevralın 9-da Baş Prokurorluq məlumat verib.