Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Bu barədə Rusiya XİN məlumat yaydı.
Vyanada saziş üzrə davam edən danışıqlar fonunda Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ətrafında vəziyyət müzakirə olunub. Nazirlər JCPOA-nın ilkin formada tez bir zamanda bərpa edilməsini dəstəklədiklərini bildiriblər. İki ölkə XİN başçısı İran prezidenti İbrahim Rəisinin Moskvaya son səfəri barədə də fikir mübadiləsi aparıb.
Tərəflər reional məsələləri də müzakirə etdilər.