Ermənistan-Azərbaycan sərhədində vəziyyəti sabitləşdirmək üçün Ermənistan iki tərəfin qoşunlarının geri çəkilməsini təklif edib. Bu barədə Parlament-Hökumətinin sual-cavab zamanı ER baş naziri Nikol Paşinyan deputatlardan birinin sualına cavab olaraq bildirib.
“Çünki biz maraqlıyıq, öz öhdəliyimizi sadiq qalmalıyıq, təklif vermişik, ideyamız budur ki, silahlı qüvvələr iki tərəfdən geri çəkilsin. Bu, o deməkdir ki, onlar Ermənistan-Azərbaycan sərhədindən bərabər məsafədə geri çəkilməli, bundan sonra sərhədin qorunması məhdud sayda sərhədçilərə təhvil verilməli və nəticədə beynəlxalq monitorinq aparılmalıdır ki, əldə olunan razılıqlar həyata keçirilsin”- deyə Paşinyan bildirib.
Ermənistanla Azərbaycan arasında dövlət sərhədi varmı? Paşinyanın sözlərinə görə, bu sualın cavabı mütləq müsbətdir, çünki sovet dövründə sərhəd var idi, delimitasiya olunmuşdu.
“Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci ildə imzalanan və həm Ermənistan, həm də Azərbaycan parlamentləri tərəfindən ratifikasiya edilən sazişlə həmin sərhədlər tanındı. Ona görə də hesab edirik ki, bu razılaşmalar bu məntiqlə həyata keçirilməlidir” – deyə Paşinyan qeyd edib.
Nikol Paşinyan Ermənistan tərəfinin digər təklifləri də dinləməyə hazır olduğunu vurğulayıb.