Artsax Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən erməni mədəni irsinin məhv edilməsi ilə bağlı bəyanat yaydı. Artsax Xarici İşlər Nazirliyi Artsaxın işğal olunmuş ərazilərdə erməni mədəni irsinin izlərini aradan qaldırmaq üçün işçi qrupunun yaradılmasını pisləyib.
Bu addım bir daha inandırıcı şəkildə sübut edir ki, Azərbaycan nəzarətində olan erməni mədəni irsinin tamamilə məhv olunması və ya tarixi köklərindən qopılması üçün real təhlükə var.
Dəfələrlə qeyd etdik ki, Azərbaycan tərəfindən tarixin falsifikasiyası və mədəni soyqırımını onilliklər boyu müntəzəm olaraq həyata keçirilən ermənilərə qarşı nifrət siyasətinin tərkib hissəsidir. Əgər Azərbaycan-Qarabağ münaqişəsinin ilkin mərhələlərində tarix və mədəniyyətin falsifikasiyaları erməni əhalisinin keçmiş Azərbaycan SSR-dən zorla deportasiyası üçün bəhanə rolunu oynayırdısa, indi bunlar Azərbaycan tərəfindən Artsaxa qarşı qanunsuz güc tətbiqinin nəticələrini qanuniləşdirməyə yönəlib.
Həm işğal olunmuş ərazilərdə, həm də Azərbaycanda erməni varlığının məhv edilməsi, tarix saxtalaşdırılması, erməni mədəniyyət abidələrinin dağıdılması, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi başqa üsullarla Azərbaycan təcavüzünün davamıdır. Beynəlxalq ictimaiyyətdə və ekspert dairələrində aydın mövqe var ki, mədəniyyət abidələrinin dağıdılması xalqların ləyaqətinə, dəyərlərinə və ideallarına qəsddir.
Erməni mədəni irsinin məhv edilməsi sadəcə Artsax xalqını öz hüquqlarından, o cümlədən mədəniyyət hüququndan məhrum etmək cəhdi deyil, eyni zamanda beynəlxalq ictimaiyyətə çağırışdır, sülh və ya təhlükəsizliyə təhdiddir.
Son onilliklərdə beynəlxalq ictimaiyyət münaqişə zamanı mədəniyyət abidələrinin tez-tez dağıdılmasına cavab olaraq belə mövqeni hazırlayıb; mədəniyyət abidələrinin dağıdılması terror aktları ilə eyniləşdirilən hərbi cinayətdir.
Azərbaycanda erməni mədəni və dini abidələrinin məhv edilməsi üçün işçi qrupun yaradılması BMT Beynəlxalq Məhkəməsinin müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı qərarını kobud şəkildə pozur. Qərar Azərbaycan üçün məcburidir. Bakının bundan imtina etməsi göstərir ki, Bakı beynəlxalq sülh və təhlükəsizliyi təmin edən beynəlxalq münasibətlər sisteminə zərbə vurmaq niyyətindədir”,- deyə bəyanatda qeyd olunur.