ER-nın baş nazirin müavini Mher Grigoryan ABŞ-ın Ermənistandakı səfiri Lin Treysini qəbul edib. Görüşdə USAID-in Ermənistan üzrə direktoru Con Allelo da iştirak edib.
Həmsöhbətlər Ermənistan-Amerika ikitərəfli münasibətlərinin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər.
Regional hadisələrə toxunulub. Bu kontekstdə hər iki tərəf regionda sabitlik və sülhün bərqərar olmasına yönəlib səyləri vurğulayıb. Görüşdə hökumətin həyata keçirdiyi islahatlara dair fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini və ABŞ səfiri Ermənistan-Amerika Strateji Dialoq Platformasının işinin aktivləşdirilməsinin vacibliyini vurğulayıblar və yaza planlaşdırılan növbəti sessiyanın keçirilməsini alqışlayıblar.
Müzakirə zamanı USAİD ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramların gedişinə də toxunulub.