Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Ermənistanla Azərbaycan arasında, Cənubi Qafqazda sülhün bərqərar olmasının yeni perspektivlərinə toxunub, EADaily xəbər verir.
Təşkilatın baş katibi Ermənistan-Azərbaycan münaqişəsinin həllində “ehtiyatlı nikbinlik” nümayiş etdirib.
“Təbii ki, gərginlik ocaqları var, onlar Ermənistan-Azərbaycan sərhədindədir. Mən orada idim, baş verənləri öz gözlərimlə gördüm. Amma reallıqda elə bir sərhəd yoxdur, təmas xətti, məntəqələr, müşahidə məntəqələri var. Zaman-zaman atışmalar olur. Belə olmamalıdır" – deyə KTMT-nin baş katibi vurğulayıb.
“Hazırda tərəflərin qarşısında ciddi vəzifə durur - sərhədin delimitasiya, daha sonra demarkasiya prosesinə başlamaq. Bu, böyük və çətin işdir, lakin bu, regionun təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək" – deyə Zas bildirib.