ER xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Çinin Ermənistandakı səfiri Fan Yongu qəbul edib.
Səfir Fan Mnatsakan Safaryanı xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Həmsöhbətlər qarşılıqlı təmasların aktivləşdirilməsi, iqtisadi sahədə əməkdaşlığın təşviqi, Ermənistan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Xarici işlər nazirinin müavini səfir Fanı 24-cü Pekin Qış Olimpiya Oyunlarının açılışı münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.