Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiana Ermənistan Respublikası və İran İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik məktubu göndərib.
Mirzoyan xüsusilə qeyd edib ki, Ermənistan-İran münasibətləri qarşılıqlı hörmətə əsaslanan, müxtəlif sınaqların çətin yollarında möhkəmlənmiş sıx, qırılmaz əməkdaşlıqla əlamətdardır.
Ermənistan Respublikasının xarici işlər naziri iki ölkə arasında səmərəli münasibətlərin iki ölkə xalqlarının və regionda uzunmüddətli sülhün rifahı naminə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.