Fevralın 7-də Ermənistan Respublikasının ABŞ-dakı səfiri Lilit Makunts Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü, konqresmen Cim Kosta ilə görüşüb.
ER-in ABŞ-dakı səfirliyi xəbər verir ki, səfir Makunts Ermənistan-ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə konqresmenə Ermənistanın inkişafına verdiyi mühüm töhfəyə görə “Mxitar Qoş” dövlət mükafatını verib.
Həmsöhbətlər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı məsələləri, o cümlədən beynəlxalq və regional hadisələri müzakirə ediblər.