Türk rəsmiləri Anadolu agentliyinə bildiriblər ki, Türkiyənin cənub-şərqindəki qədim erməni kilsəsi bərba olunacaqdır.
Diyarbəkir vilayətinin Əli Paşa bölgəsində 16-cı əsrdə inşa edilən Müqəddəs Sargis Erməni Kilsəsinin 3769 kvadratmetr ərazisi var. Diyarbəkirdəki Müqəddəs Kirakos Erməni Kilsəsinin vəqfinə aid olan və yuxarı hissəsi tamamilə dağılmış kilsə uzun müddətdir ki, düyü fabriki kimi istifadə edilir.
Kilsə son dəfə 1840-cı ildə bərpa olunmuşdu.