44 günlük müharibənin bir qrup iştirakçısı Azərbaycan prezidentinin administrasiyası qarşısında etiraz aksiyası keçirib. Hərbiçilər onlara veteran statusu və medal verilməməsi ilə bağlı narazılıqlarını bildiriblər.
Etirazçıların sözlərinə görə, Müdafiə Nazirliyi imtina cavabını zabitlərin müharibə bitəndən sonra, yəni 2020-ci ilin noyabrın 10-dan sonra həmin ərazilərə göndərilməsi ilə əsaslandırır.
Aksiya iştirakçılarının sözlərinə görə, belə hərbiçilərin sayı 3 mindən çoxdur.