Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun bəyanatına münasibət bildirdi.
O qeyd etdi ki, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun fevralın 3-də Azərbaycanın nəzarətində olan ərazilərdə erməni dini, tarix və mədəniyyət abidələrinin kimliyini aradan qaldırmaq üçün işçi qrupun yaradılması ilə bağlı bəyanatını qətiyyətlə pisləyirlər.
“Qonşu xalqların tarixi-mədəni irsini qəsdən və qanunsuz olaraq mənimsəmək, onları tarixi yaddaşından məhrum etmək məqsədilə dövlət səviyyəsində belə bir strukturun yaradılması hətta münaqişələr tarixində də görünməmiş bir hadisədir.
Bu, bir daha sübut edir ki, 44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə Dağlıq Qarabağda erməni mədəni və dini irsinə qarşı vandalizm və məhv etmə halları məqsədyönlü və planlı şəkildə həyata keçirilir. Bu da Dağlıq Qarabağın erməni əhalisinin öz doğma yurdundan məhrum edilməsi siyasətinin tərkib hissəsidir.
Azərbaycan hökumətinin bu addımı 2021-ci ilin dekabrın 7-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi təcili tədbirlər qərarına çağırışdır.
Ermənilərin tarixi mədəni və dini irsinin məhv edilməsi siyasəti Azərbaycanın barışıq bəyanatlarına ziddir və regionda davamlı sülhün bərqərar olmasına ciddi maneələr yaradır”,- deyə Vahan Hunanyan vurğuladı.