ABŞ-ın Dini Etiqad Azadlığı Komissiyası (USCIRF) Bakının Erməni apostol Kilsəsinin yazılarını məbədlərdən yığışdırmaq planlarından narahatlığını bildirib. Bu barədə komissiyanın rəsmi “Twitter” mikrobloqunda deyilir.
“ABŞ Dini Etiqad Azadlığı Komissiyasının rəhbəri Nadin Maenza: “Biz Azərbaycanın erməni apostol yazılarını kilsələrdən yığışdırmaq planlarından çox narahatıq. Biz hökuməti ibadət yerlərini və digər dini və mədəni obyektləri qorumağa, müdafiəə etməyə çağırırıq”- deyə bəyanatda deyilir.
Bundan əvvəl Azərbaycanın mədəniyyət naziri Bakının nəzarətində olan ərazilərdəki kilsələrdən erməni izlərini silmək niyyətində olduğunu bəyan edib.