İsrail Prezidenti İsaak Hersoqla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə İsrail Prezidentinin administrasiyası məlumat yayıb.
Məlumata görə, dövlət başçıları tezliklə görüş imkanlarını müzakirə ediblər.
"Prezident Hersoq Türkiyə Prezidenti Ərdoğanla telefon danışığı aparıb, ona cansağlığı və COVID-19-dan tezliklə sağalmasını arzulayıb. Söhbət zamanı iki ölkə liderləri erkən görüşün mümkünlüyünü müzakirə ediblər", - məlumatda deyilir.
Qeyd edək ki, İsrail Prezidenti Türkiyəyə səfər edəcək. Səfər martın ortalarında baş tutacaq. Eyni zamanda Türkiyə nümayəndə heyəti də İsrailə gedəcək.