İran İslam Respublikasının xarici işlər naziri Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyana mesaj göndərərək, onu İran və Ermənistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib. Bu barədə "Pars Today" məlumat yayıb.
Hüseyn Əmir Abdullahian mesajında qeyd edib ki, İran İslam Respublikası Ermənistan Respublikasının müstəqilliyini tanıyan və rəsmi diplomatik əlaqələr quran ilk ölkələrdən biridir. O əlavə edib: “Son bir il ərzində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr genişlənib və möhkəmlənib, çoxsaylı sənədlərin imzalanması ilə əməkdaşlığın hüquqi bazası möhkəmlənib”.
Abdullahian qeyd edib ki, İran Ermənistan Respublikası ilə ikitərəfli və regional əməkdaşlığı gücləndirmək istəyir.