Erməni əsirlərin Ermənistana qayıtmazdan bir neçə saat əvvəl onlarla Qırmızı Xaç nümayəndələri görüşüb.
BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni “Lurer”ə müsahibəsində hazırkı prosesdən xəbərdar olduqlarını, lakin Beynəlxalq Qırmızı Xaç Komitəsinin qaytarma danışıqlarında iştirak etmədiyini bildirib.
“Ancaq qeyd etmək lazımdır ki, təşkilatımızın nümayəndələri geri qayıtmazdan əvvəl həmin şəxslərlə görüşüblər, eləcə də bu müddət ərzində həmin şəxslərə və hələ də qarşı tərəfdə saxlanılan bütün digər şəxslərə baş çəkib. İstər müntəzəm səfərlərimiz, istərsə də bu son səfərimiz insanların vəziyyətini, eləcə də sağlamlıqlarını qiymətləndirmək məqsədi daşıyırdı. Bütün dövr ərzində insanlara öz qohumları ilə əlaqə saxlamaq imkanı verilib”- deyə Zara Amatuni qeyd edib.