Pekində Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Koronavirusla bağlı ciddi məhdudiyyətlərdən başqa, qarşıdakı yarışlar siyasi gərginlik şəraitində keçiriləcək.
Olimpiya Oyunlarının açılış mərasimi “Daha sürətli, daha yüksək, daha güclü - birlikdə” şüarı altında keçirilib.
Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Gebreyeses və BMT-nin baş katibi Antonio Quterreş iştirak ediblər.