Ermənistanda son sutkada daha 4032 nəfərdə COVID-19 aşkarlanıb, 2132 nəfər sağalıb.
Bu barədə məlumatı Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 387 490-a çatıb. İndiyədək 348 356 pasiyent infeksiyadan sağalıb.
Ümumi olaraq 2 771 845 test aparılıb.