Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə videoformatda görüş keçirilib.
Tərəflər mövcud humanitar problemlərin həlli, iki ölkənin suverenliyi altında regional infrastrukturların blokdadan çıxarılması, Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması, beynəlxalq təşkilatların Dağlıq Qarabağa girişi və digər məsələlər müzakirə olunub.
Baş nazir Paşinyan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi altında uzunmüddətli həllinin vacibliyini vurğulayıb.