Ermənistanın Gürcüstandakı səfirliyi xəbər verir ki, fevralın 4-də Ermənistan Respublikasının Gürcüstandakı səfiri Ruben Sadoyan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
Görüşdə tərəflər Ermənistan və Gürcüstan arasında yüksək səviyyədə əməkdaşlıqdan danışıblar.
İki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb. Bu kontekstdə Ermənistan və Gürcüstan parlamentləri arasında əməkdaşlığın, o cümlədən iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının fəaliyyəti çərçivəsində daha da dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.