Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan Ceyhun Bayramovun bəyanatlarına münasibət bildirdi.
Ceyhun Bayramovun Ermənistan Azərbaycan arasında delimitasiya prosesində Ermənistan tərəfindən ön şərtlərin irəli sürüüməsinə dair bəyanatında toxunan Vahan Hunanyan qeyd etdi ki, Ermənistan Baş naziri, Rusiya Prezidenti və Azərbaycan Prezidenti 2021-ci ilin noyabrın 26-da Soçidə bəyanat imzaladılar.
“Bu bəyanatda aydın şəkildə qeyd olunub ki, üç ölkənin rəhbərləri Ermənistan-Azərbaycan sərhədində sabitlik və təhlükəsizliyin səviyyəsini artırmaq üçün addımlar atmağa razılaşıblar. Üç ölkə liderinin imzaladığı bəyanatdan irəli gəlir ki, demarkasiya komissiyasının fəaliyyətindən əvvəl Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı addımlar və onların həyata keçirilməsi ilə bağlı razılaşmaların əldə edilməsi lazımdır. Bu həm də ona görə məntiqlidir ki, hər gün atəşkəsin pozulması hallarının baş verdiyi sərhəddə demarkasiya işlərini təsəvvür etmək çətindir.
Sazişlərin tam şəkildə həyata keçirilməsində həqiqətən maraqlı olan Ermənistan Respublikası onların həyata keçirilməsi ilə bağlı öz ideyalarını formalaşdırdı. Azərbaycan tərəfi əsaslı cavab vermədi, əksinə, onları rədd etdi, əvəzində üç ölkə liderinin əldə etdiyi razılaşmaların həyata keçirilməsi ilə variantlar təklif etmədi.
Ermənistanın təkliflərini “şərt”, “ilkin şərt” adlandıraraq, sonra onlara mənəvi, siyasi və hüquqi qiymət verilməsi yuxarıda qeyd olunan prosesə heç bir aidiyyatı yoxdur”,- deyə Hunanyan qeyd etdi.
Azərbaycan xarici işlər naziri bəyanatda qeyd etdi ki, Ermənistan üçtərəfli işçi qrupun fəaliyyətini dayandırıb. Bu məsələni cavablandıran XİN rəsmisinin sözlərinə görə, elə həmin gün ER baş naziri qeyd etdi ki, Ermənistan Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpası istiqamətində əməli addımlar atmaq mərhələsindədir.
“Fevralın 2-də İşçi Qrupunun erməni həmsədri, baş nazirin müavini Mher Qriqoryan Yerevanda rusiyalı həmkarı, baş nazirin müavini Aleksey Overçuk, “Rusiya Dəmir Yolları”nın baş direktoru Oleq Belozyorov ilə bu mövzuda əsaslı müzakirələr aparıb.
Baş nazir Paşinyan vəziyyəti dəyərləndirərək bəyan edib ki, üçtərəfli işçi qrupunun işinin ilk nəticələri çox yaxın görünür. Bu kontekstdə Azərbaycan xarici işlər nazirinin bəyanatları ən azı qəribədir. Ermənistan Respublikası əldə olunmuş razılaşmalara sadiqliyini bir daha təsdiq edir. Qeyd edək ki, Ermənistan avtomobil yollarının açılması ilə bağlı Azərbaycan tərəfinə də təkliflər verib. Bu təkliflərə Azərbaycan tərəfdən bu günə qədər heç bir cavab olmayıb”,- Vahan Hunanyan bildirdi.