İtaliyanın bir neçə şirkəti Ermənistana sərmayə qoymağı planlaşdırır. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirdi.
“Bir neçə İtaliya şirkətinin nümayəndələri ilə görüşüm başa çatıb.
Agroittica - Ermənistana 25 milyon avro sərmayə qoymağı, nərə balığı, Armavir bölgəsində iri kürü istehsalı yaratmağı planlaşdırır.
Torri Solare - Ermənistanda günəş panelləri istehsalının yaradılmasını planlaşdırır.
Mea - Ermənistana təxminən 30 milyon avro sərmayə qoymağı planlaşdırır.
Cinausero Unika - onlar Ermənistanda böyük donuz ferması yaratmağı planlaşdırırlar", - Kerobyan yazıb.