Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Askeran rayonunun Krasni icmasının inzibati ərazisinə səfər edərək Azərbaycanın işğal etdiyi Aknağbyur icmasının sakinləri üçün salınan yeni yaşayış məntəqəsində keçən ilin noyabr ayında başıanan tikinti işləri ilə tanış olub.
Layihəyə əsasən, burada 216 mənzilli 12 yaşayış binasının tikintisi nəzərdə tutulur. Arayik Harutyunyan məsul şəxslərə bir sıra tapşırıqlar verib, kənd sakinlərinin kənd təsərrüfatı ilə məşğul olması üçün imkanların yaradılmasının vacibliyini vurğulayıb.
Layihə dövlət vəsaiti hesabına, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin sifarişi ilə həyata keçirilir. Yaşayış məntəqəsinin uşaq meydançaları və sakinlərin yaşaması üçün zəruri olan infrastrukturu olacaqdır. O, 2023-cü il əvvəlində istifadəyə verilməsi planlaşdırılır.