Avrasiya İqtisadi İttifaqının demək olar ki, bütün ölkələri “Fraser Institute”nun iqtisadi azadlıq reytinqində mövqelərini yaxşılaşdırıb. Bunu Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi İa Malkina brifinq zamanı deyib.
“Ən əhəmiyyətli irəliləyiş Belarus (26-cı yer) və Qazaxıstan (18-ci yer) tərəfindən qeydə alınıb. Ermənistan 165 ölkə arasında 15-ci yeri tutaraq, Aİİ ölkələri arasında siyahıda ən yaxşı yeri tutur" – deyə Malkina bildirib.
Onun sözlərinə görə, beynəlxalq reytinqlərə əsasən, Aİİ təhsil, informasiya texnologiyalarının inkişafı, insan kapitalı və ətraf mühitin keyfiyyəti sahəsində yaxşı potensiala malikdir.