Fevralın 3-də Ermənistan Respubllikasının xarici işlər naziri Ararat Mirzoyan və Aleksandr Şalenberq Ermənistan-Avstriya biznes forumunun açılış mərasimində iştirak ediblər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxışında qeyd etdi ki, bu konfrans Ermənistan-Avstriya iqtisadi əlaqələrinin hazırkı səviyyəsini düzəltmək, onu gücləndirmək, yeni qarşılıqlı faydalı işgüzar əlaqələr qurmaq üçün gözəl imkandır.
“Qeyd etmək istəyirəm ki, Ermənistan müəyyən iqtisadi üstünlüklərə və nailiyyətlərə malikdir,, xüsusən də innovativ texnologiyalar mərkəzinin uğurlu təcrübəsi hazırda Paris, Berlin, Moskva, Beyrut, Kiyev, Tiranada tətbiq olunur.Hesab edirəm ki, Vyanada və başqa yerlərdə “TUMO”mərkəzlərinin açılması imkanını nəzərdən keçirmək olar.
Bilirsiniz ki, Ermənistan müəyyən üstünlükləri, 180 milyonluq bazarı ilə Avrasiya İqtisadi Birliyinin üzvüdür. Hesab edirəm ki, iş adamları bu fürsətdən istifadə edə bilərlər”,- deyə Mirzoyan qeyd etdi.