Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Askeran rayonunun Noragyuğ, Hovsepavan, Astğaşen və Aygestan kəndlərinə getdi və 2020-ci ildə Azərbaycan tərəfindən Artsaxa qarşı başladılan müharibə nəticəsində Hadrut rayonunun işğal olunmuş ərazilərindən didərgin düşmüş əhali üçün tikilən yeni yaşayış məntəqələrinin inşa prosesi ilə tanış oldu.
Dövlətin və xəyirxahların vasitələri ilə tikilən yaşayış məntəqələri bir neçə mərhələ ilə istifadəyə veriləcəkdir. Didərgin düşmüş ailələrin əksəriyyətinin mənzil problemi cari ildə həll olunacaqdır.