Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Cənubi Qafqaz məsələləri üzrə AB xüsusi nümayəndəsi Toyvo Klaar fevralın 1-də telefon danışığı aparıblar. Bu barədə RF XİN mətbuat xidmətindən bildirilir.
Tərəflər Cənubi Qafqazda təhlükəsizlik və sabitlik barədə növbəti 56-cı mərhələ ərəfəsində Cenevrə beynəlxalq müzakirələr platformasındakı vəziyyəti, eləcə də Ermənistan və Azərbaycan arasında nizamlanma prosesini müzakirə ediblər.