Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi azərbaycanlı siyasətçi Cavanşir Feyziyevlə əlaqələndirilən bank hesablarında saxlanılan milyonlarla funt sterlinqi müsadirə edib. Aparılan araşdırmadan sonra bu vəsaitlərin Azərbaycanın “pulyuyan maşını”na məxsus olduğu məlum olub.
Maliyyə müstəntiqləri Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri, Azərbaycan-Aİ Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyadakı bank hesablarına qoyulmuş 5,6 milyon funt-sterlinqin müsadirə etməyə qərar verib.
Aparılan geniş araşdırmalar nəticəsində C.Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, uşaqlarından biri Orxan Cavanşir və qardaşı oğlu Elman Cavanşirə məxsus 6 hesabın doldurulması üçün göstəriş verilib.
Müstəntiqlər müəyyən edib ki, “pulyuyan maşın” vasitəsilə pul vəsaiti Estoniya və Latviyadakı bank hesablarının arxasındakı mürəkkəb şirkətlər şəbəkəsinin hesabına köçürülüb və bu proses “qatlama” adlandırılır. Bu pul köçürmələrin bəziləri qanuni və çox vacib biznes əməliyyatları olduqlarını sübut etmək üçün fakturalarla, müqavilələrlə və digər lazımı sənədlərlə həyata keçirilib.
Westminster şəhəri Sülh Məhkəməsində mübahisəli müsadirə məsələsilə bağlı həyata keçirilən, üç həftə davam edən dinləmələrdən sonra məhkəmənin hakimi Con Zany (John Zani) sənədlərin saxta olmasına və bank hesablarının sahiblərinin bunu çirkli pulların yuyulmasıyla bağlı fəaliyyətlərini gizlətmək məqsədi ilə etdiklərinə dair çoxlu sübutlar olduğunu bildirib.
Təqdim olunan sübutları diqqətlə nəzərdən keçirən hakim öz qərarında bildirib ki, o, həmin dövrdə Azərbaycan, Estoniya və Latviyada iri pul vəsaitlərinin yuyulması sxeminin mövcud olması fikri ilə tam razıdır.
Əvvəlcə bank hesablarında dondurulmuş 15,3 milyon funt-sterlinqlik ümumi məbləğdən ilkin olaraq 5,630,994,19 funt-sterlinqin müsadirə olunmasına qərar verilib.