Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyədə səfərdədir.
Azərbaycan KİV Türkiyənin “Haber Global” telekanalına istinadən xəbər verir ki, Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında görüş başlayıb. Görüşdə iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlıqla yanaşı, regional məsələlər də müzakirə olunacaq.
Səfər fevralın 2-dək davam edəcək.