Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şalenberq fevralın 2-3-də Ermənistanda işgüzar səfərdə olacaq.
Ermənistan və Avstriya xarici işlər nazirlərinin görüşü fevralın 2-də ER Xarici İşlər Nazirliyində baş tutacaq və bundan sonra birgə mətbuat konfransı keçiriləcək. Rəsmi səfər çərçivəsində ER Baş naziri və ER Paralemtinin sədri ilə görüşlər də nəzərdə tutulub.
Həmin gün Ermənistanın, Avstriyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Aleksandr Şalenberq Avstriya İnkişaf Agentliyinin rəsmi açılış mərasimində iştirak edəcəklər.