Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Martakert rayonunun Qarnakar, Şahmasur, Tsmakahoq və Haterk kəndlərinə işgüzar səfər edib.
Dövlət başçısı yerlərdə mövcud problemlərlə maraqlanıb, sakinlərin məşğulluğunun təmin edilməsi ilə bağlı təklifləri dinləyib, görüləcək işlərlə bağlı onlarla müzakirələr aparıb.
Səfər zamanı dövlət başçısını Artsax Respublikasının ərazi idarəetmə və infrastruktur naziri Hayk Xanumyan, Martakert rayonu administrasiyasının rəhbəri Arsen Avanesyan və digər rəsmi şəxslər müşayiət ediblər.