Heç kim Rusiya ilə Ukrayna, o cümlədən regionun digər dövlətləri arasında münasibətlərin kəskinləşməsində maraqlı deyil. Bu barədə KTMT-nin Baş katibi Stanislav Zas bildirdi.
“Heç kim müharibə istəmir - nə Rusiya, nə də bu regionda yaşayan digər ölkələr. Təbii ki, təxribat riskləri çox yüksəkdir. Bunu nəzərə alıb, təxribatın qarşısını almaq lazımdır”,- Zas bildirdi.
O, həmçinin Belarus ərazisində başlayacaq təlimlərin sırf müdafiə xarakteri daşıdığına da diqqət çəkib:
“Bu, təlimi öz ərazisində keçirən Belarus və Rusiyanın daxili işidir",- deyə KTMT baş naziri Stanislav Zas bildirdi.