31 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, telefon danışığı zamanı nazirlər ikitərəfli əməkdaşlıq münasibətləri və regioanl məsələlər üzrə müzakirələr aparıblar.