Karvaçar istiqamətində azaraq itkin düşən 4 Azərbaycan hərbçisindən 3-ü tapılıb, bir hərbçinin axtarışları isə davam etdirilir. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Karvaçar rayonunda hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçu - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.
Yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçi isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib.