Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan avropalı tərəfdaşlara qiymətləndirmələrə görə təşəkkür edərək bildirib ki, Ermənistanın demokratiyasına əsas təhlükə daxildən deyil, xaricdən gəlir.
Ruben Rubinyan (Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri) - Biz əminik ki, sülh sabitliyin təminatı və gələcək inkişafı üçün ən yaxşı yoldur. Bu məqsədlə biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinə, eləcə də bütün humanitar problemlərin, o cümlədən ən əsası erməni hərbi əsirlərin dərhal və təhlükəsiz qayıtmasına nail olmalıyıq.
Azərbaycanın AŞPA-dakı nümayəndəliyinin rəhbəri Səməd Seyidov Azərbaycan tərəfinin dəyişikliklərlə bağlı təkliflərini təqdim edib, təkliflər rədd edilib. Təkliflərin bəziləri Dağlıq Qarabağ münaqişəsi termininin işlədilməməsi ilə bağlı olub.
O, “Qağlıq Qarabağ münaqişəsi” ifadəsini “Ermənistan və Azərbaycan arasında münaqişə” ifadəsi ilə əvəz etməyi təklif edib.
Ruben Rubinyan isə qeyd edib ki, Azərbaycanın nümayəndəsi Dağlıq Qarabağ adını, bölgəni, orada yaşayan insanları silmək istəyir, amma bunu edə bilməyəcək
Bir neçə uğursuz təklif cəhdindən sonra Azərbaycan nümayəndə heyəti müharibədən sonra hər şeyin düzgün istiqamətdə getdiyini bəyan edərək onlardan bəzilərini gündəmdən çıxardı. Ruben Rubinyan cavabında vurğulayıb ki, əgər hər şey düzgün istiqamətdə getsəydi, hərbi əsirlər geri qayıdacaqdı və yeni qurbanlar olmayacaqdı.