Rusiya səfirliyi Ermənistan Respublikasını və bütün vətəndaşlarını Ordu Günü münasibətilə səmimi qəlbdən təbrik edir. Bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində deyilir.
“Müxtəlif çağırışlarla dolu bugünkü mürəkkəb, sürətlə dəyişən dünyada Rusiya və Ermənistan Silahlı Qüvvələri arasında səmərəli əməkdaşlıq Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin bütün kompleksinin tərkib hissəsidir. Hərbi sahədə ikitərəfli strateji əməkdaşlıq dövlətlərimizin milli maraqlarının və suverenliyinin qorunmasında əsas rol oynayır.
Ermənistan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 30-cu ildönümü münasibətilə respublikanın hərbi rəhbərliyinə, Ermənistan ordusunun bütün hərbi qulluqçularına və veteranlarına, eləcə də onların ailə üzvlərinə cansağlığı, firavanlıq və xoşbəxtlik arzulayırıq”- deyə yazıda qeyd olunur.