Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər. Bu barədə Qırğızıstanın Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.
“Danışıqların yekunlarına görə aşağıdakı razılıqlar əldə olunub: tam atəşkəs haqqında; hər bir tərəfin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə çıxarılması haqqında, Batken-İsfana magistral yolu boyunca hərəkətin açılması, münaqişələrin qarşısının alınması üçün Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarının hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə patrul xidməti haqqında”, - mətbuat xidmətinin sözçüsü bildirib.
Qeyd edək ki, dünən Qırğızıstan və Tacikistan sərhədində atışma olub. Qarşıdurma zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanıb.