Yerablurda jurnalistlər ER-nın xarici işlər naziri Ararat Mirzoyana Bakıya göndərilən təkliflərlə bağlı sual veriblər.
“Onlar üçün təkliflərimizin hansı hissənin qəbuledilməz olduğuna dair heç bir dəqiq məlumatımız yoxdur, dəqiqləşdirilir”- deyə Mirzoyan bildirib.
Mirzoyan yeni təkliflərin irəli sürüləcəyi ilə bağlı sualı cavablandırıb.
“Müzakirələr davam edir. İndi biz hansı əsaslarla, hansı hissənin qəbuledilməz olduğuna dair izahat almağa çalışırıq və buna uyğun olaraq yeni həll yolları ola bilər”- deyə Mirzoyan qeyd edib.
Bundan əvvəl Ararat Mirzoyan bildirmişdi ki, Azərbaycana təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılması ilə bağlı təkliflər verilib. Bakıdan təkliflərin qəbuledilməz olduğu barədə cavab gəlib.