Yanvarın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin şimal-şərq istiqamətində yerləşən Azərbaycan döyüş mövqelərini ER Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşə tutulması barədə Azərbaycan MN-in yaydığı bəyanat dezinformasiyadır.
Əslində, yanvarın 27-də saat 22:00 radələrində Azərbaycan tərəfindən sərhədin qeyd olunan hissəsində bir neçə qaydasız atəş açılıb, erməni bölmələri buna cavab verməyib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.