Ermənistan Respublikası öz xarici siyasətini, istiqamətlərini, balanslaşdırması yalnız Ermənistanın maraqları ilə şərtlənir. Bunu ER Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Eduard Ağacanyan bugünkü mətbuat konfransında vurğulayıb. Jurnalistlərin sualına cavab olaraq Ağacanyan Ermənistan-Rusiya münasibətlərinə də toxunub və Rusiya ilə hərbi əməkdaşlığı vurğulayıb.
"Rusiya Federasiyası Ermənistanın strateji tərəfdaşıdır, xüsusən də Ermənistanda müharibədən sonrakı təhlükəsizlik arxitekturası məsələsində Rusiyanın əsas rolu var. Burada biz tərəfdaşlarımızla əməkdaşlığı davam etdirmək və xüsusilə hərbi əməkdaşlığı daha da dərinləşdirmək niyyətindəyik. Bu, şübhəsiz ki, Ermənistanın maraqlarına cavab verir” – deyə Ağacanyan bildirib.