Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib.
“RİA Novosti”yə əsasən, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Epidemioloji vəziyyət və liderlərin iş qrafiki imkan verən kimi, Putin Türkiyəyə səfər edəcək”- deyə o bildirib.