Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber Azərbaycanın "Vətəndaş və İnkişaf" Partiyasının sədri Əli Əliyevin həbsini sərt qərar adlandırıb.
"Əli Əliyevin böhtan ittihamı ilə azadlıqdan məhrum edilməsi hökmü həddindən artıq amansız və biabırçı qərardır", - deyə Denber Osmanqızı TV kanalına müsahibəsində bildirib.
"Böhtana görə cinayət məsuliyyəti yolverilməzdir. Bu, insan hüquqları prinsiplərinin Azərbaycanın da tərəf olduğu beynəlxalq sazişlərə zidd olan açıq-aşkar pozuntusudur. İnsanları böhtan ittihamı ilə həbs etmək olmaz", - Denber bildirib.