Lüksemburq Böyük Hersoqluğunda rəsmi səfərdə olan Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Lüksemburq XİN başçısı Jan Aselborn ilə görüşüb.
Görüş zamanı tərəflər iki ölkə arasında siyasi diloaqun daha da aktivləşdirilməsinə əhəmiyyət veriblər.
Qeyd olunub ki, Ermənistan və Lüksemburq arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ərifəsində Ermənistan Respublikasının rəsmi səfəri iki əməkdaşlığa yeni təkan olacaq.
İki ölkənin xarici işlər nazirləri Artsax məsələsi barədə fikir mübadiləsi aparıblar. Nazir Mirzoyan 44 günlük müharibənin ilk günlərindən Lüksemburqun aydın mövqeyinə, o cümlədən Lüksemburq parlamentinin Azərbaycanın Artsaxa qarşı başlatdığı hərbi əməliyyatları pisləyən qətnamənin qəbuluna görə təşəkkür edib. Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT Minsk qrupunun həmsədrliyi mandatı altında həll olunmalıdır.
Ermənistan və Lüksemburqun xarici işlər nazirləri regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Onlar beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Parlamenti, ATƏT, BMT çərçivəsində effektiv əməkdaşlıq təcrübəsinə əhəmiyyət veriblər.