Rusiya sülhməramlı kontingentinin dəstəyi ilə Dağlıq Qarabağın Martuni rayonunun Çartar və ona yaxın kəndlərin sakinləri üçün mərkəzləşdirilmiş su təchizatı sisteminin tikintisinə və çəkilişinə başlanılmışdır.
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağın Martuni rayonunun Çartar qəsəbəsinə su kəmərinin çəkilməsinin təhlükəsizliyini təmin edir. Bu ərazi tərəflərin demarkasiya xəttinə yaxın yerləşdiyinə görə şəhər rəhbərliyi bu işlərin təhlükəsizliyini təmin etmək xahişi ilə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib. Bu mərhələdə işçilər su çıxarmaq üçün quyu qazırlar. Bütün işləri bir həftə ərzində başa çatdırmaq planlaşdırılır”, - Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Sergey Gapeyev bildirib.
Xatırladaq ki, 2022-ci ilin əvvəlindən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 30-dan çox tədbir zamanı Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyini təmin ediblər.